Bakı. Trend:
Qətərin Türkiyəyə investisiyaları 20 milyard dolları keçib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat danışıb.
"220 Qətər şirkəti Türkiyədə mühüm layihələr həyata keçirib. Qətərin Türkiyəyə investisiyaları 20 milyard dolları keçib. Aramızdakı ticarət və investisiya əlaqələri, bir çox maneələri aradan qaldıracaq. Hazırda 2,3 milyard dollar olan qarşılıqlı ticarətimiz və investisiyalar daha da artacaq. Türkiyədən Qətərə ciddi investisiyalar var. 727 türk şirkəti Qətərdə iş aparır. Türk podratçılar Qətərin infrastruktur və üst quruluşunun inkişafı istiqamətində də böyük layihələr həyata keçirib və 18,19 milyard dollarlıq xidmətləri uğurla başa vurub",- deyə nazir bildirib.
Ömər Bolat qeyd edib ki, biz son illər iqtisadiyyat, ticarət, investisiya və podrat xidmətləri, turizm və üçüncü ölkələrdə birgə layihələr sahəsində əlaqələrimizi təkmilləşdirmişik.