Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) ölkəsində planlaşdırdığı layihələrə 2,6 milyard dollar ayırmasının vacibliyini vurğulayıb.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin başçısı səfir Vasilisi Maraqosla görüşdə bildirib.
Bildirilib ki, tərəflər Aİ ilə Ermənistan əməkdaşlığının müxtəlif istiqamətlərini, xüsusilə ölkədə reallaşdırılan demokratik islahatlara dair məsələləri müzakirə ediblər.