...

Bu ölkə Ukrayna taxılı üçün dəhliz açacaq

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 20:48 (UTC +04:00)
Bu ölkə Ukrayna taxılı üçün dəhliz açacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Litva rəsmiləri Ukrayna taxılının Baltik limanlarına tranziti üçün dəhliz barədə razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “X” (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, taxılın Baltik limanlarına tranziti üçün dəhliz təklifi qəbul edilib.

Bildirilib ki, bu, Ukrayna sərhədində təzyiqi azaldaraq taxılın Afrika və digər ölkələrə tədarükünü artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti