...

Türkiyənin müdafiə naziri ABŞ-lı həmkarı ilə Suriyadakı son hadisələri müzakirə edib

Dünya xəbərləri Materials 6 Oktyabr 2023 10:34 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Suriyada baş verən son hadisələri müzakirə edib.

Bundan əlavə, nazir Güler ​​həmkarına Türkiyənin İŞİD terror təşkilatına qarşı ABŞ ilə birgə mübarizəyə hazır olduğunu bildirib.

Qeyd edək ki, 5 oktyabr tarixində Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) döyüş bölmələri Suriyada PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti