...

Türkiyə ordusu Suriyanın şimalında 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 8 Oktyabr 2023 07:16 (UTC +04:00)
Türkiyə ordusu Suriyanın şimalında 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Mudafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” əməliyyatları bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

İlkin məlumatlara görə, azı 14 terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti