...

Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır

Dünya xəbərləri Materials 16 Oktyabr 2023 09:42 (UTC +04:00)
Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizinin şərqində faktiki atış təlimləri başlayır.

Trend xəbər verir ki, Türkiyə bununla bağlı oktyabrın 13-də NAVTEX (dəniz bildirişi) elan edib.

Koordinat olaraq Şimali Kipr Türk Cümhuriyyətinin sahillərinə yaxın bölgədə keçiriləcək təlimlərin oktyabrın 16-dan 20-dək davam edəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə bu ay Aralıq dənizində daha bir təlim keçirəcək. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin hər il birgə həyata keçirdiyi “Şəhid Leytenant Caner Gönyeli Axtarış-Xilasetmə Çağırış Təlimi” oktyabrın 23-dən 27-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti