Bakı. Trend:
Ermənistanda 5 nəfər qanunsuz olaraq hərbi xidmətdən azad etmək üçün rüşvət almaqda ittiham olunub.
Trend xəbər verir ki, 5 nəfər arasında həkimlər və Müdafiə Nazirliyinin keçmiş əməkdaşı da var.
Məlumata görə, onların hərbi xidmətdən azad olunmaq istəyən şəxslərdən 400-14 min dollar arasında məbləğ aldıqları iddia olunur.
Qeyd edək ki, son zamanlar Ermənistanda hərbi hissə komandirlərinin müxtəlif cinayətləri üzrə saxlanma və həbs edilmə məlumatları erməni KİV-ləri tərəfindən tez-tez yayılır.