...

Qahirə sammitində Qəzzaya humanitar yardımın çatdırılması barədə razılıq əldə olunub

Dünya xəbərləri Materials 22 Oktyabr 2023 06:34 (UTC +04:00)

Bakı. Trend:

Fələstinlə bağlı Qahirə sülh sammitində iştirak edən ölkələr Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Misir prezidentinin mətbuat katibi Əhmdə Fəhmi deyib.

"Qahirə sammitində Qəzzaya yardımın çatdırılması ilə bağlı razılıq əldə olunub", - deyə o bildirib.

Bildirilib ki, bəzi ölkələr münaqişənin yalnız bir tərəfini pisləməyə üstünlük verdilər.

Misir prezidentinin mətbuat katibi qeyd edib ki, konfransda iştirak edən ölkələrin heç biri sammiti tərk etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti