...

Yaxın onilliklərdə Qərbi Antarktidada buzlaqlar daha çox əriyəcək

Dünya xəbərləri Materials 24 Oktyabr 2023 19:24 (UTC +04:00)
Yaxın onilliklərdə Qərbi Antarktidada buzlaqlar daha çox əriyəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlərin yeni tədqiqatında yaxın onilliklərdə Qərbi Antarktidanın buzlaqlarının daha çox əriməsinin labüdlüyü bildirilib. Burada üzən buz salları əsas buz təbəqəsindən okeana qədər uzanır və arxadakı buzlaqları saxlamaqda əsas rol oynayır. Ancaq buz layları əridikcə, bu, onun arxasındakı buzlağın da sürətlənərək okeanlara daha çox buraxılmasına səbəb olacaq.

Trend “Nature Climate Change” jurnalına istinadla xəbər verir ki, tədqiqatın nəticələri gələcəkdə dəniz səviyyəsinin yüksəlməsinin də əvvəllər güman ediləndən daha çox ola biləcəyini göstərir. Britaniya Antarktika Tədqiqatının (BAS) əməkdaşı Keytlin Noftenin sözlərinə görə, indi bu ərazilərdə buzlaqların əriməsinin sürətlənəcəyi heç kimdə şübhə doğurmur. Norveç dənizinin dibi də Antarktidanın daha çox əriməsinə dair qənaəti təsdiq edir.

2021-ci ildə BMT-nin iqlim orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) dəniz səviyyəsinin gələcək yüksəlişi ilə bağlı son təxminlərini açıqlayıb. Qeyd edilib ki, 2100-cü ilə qədər qlobal dəniz səviyyəsi orta hesabla 0,28 metr ilə 1,01 metr arasında yüksələcək və bunun əsas səbəblərindən biri buzlaqların və buz təbəqələrinin əriməsidir.

Alimlər hesab edirlər ki, dəniz səviyyəsinin bir metrə yaxın qalxması bütün dünyada yüz milyonlarla insanı sahil daşqınları təhlükəsi ilə üz-üzə qoyacaq. Bununla belə, IPCC, həmçinin hesablamalarına birbaşa daxil edilməyən "dərin qeyri-müəyyənliklə xarakterizə olunan buz təbəqəsi ilə əlaqəli proseslər" səbəbindən daha yüksək artımların mümkün olduğunu qeyd edib. Bu, buz təbəqələrinin okeanlarla necə sıx qarşılıqlı əlaqədə olmasının nəticəsidir.

Tədqiqat göstərir ki, Qərbi Antarktida sahillərində yerləşən Amundsen dənizi bu əsrin qalan hissəsində üç dəfə daha sürətlə istiləşəcək. Bu, buz təbəqələrinin daha çox əriməsinə səbəb olacaq. Bəşəriyyət istiləşməni yavaşlatmaq üçün güclü addımlar atsa belə, bu proses davam edəcək. Lakin qazıntı yanacağından istifadənin azaldılması onu az da olsa ləngidə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti