...

Beş ildən sonra bütün iş yerləri süni intellekt sahəsində müəyyən biliklər tələb edəcək

Dünya xəbərləri Materials 7 Noyabr 2023 05:24 (UTC +04:00)
Beş ildən sonra bütün iş yerləri süni intellekt sahəsində müəyyən biliklər tələb edəcək

Bakı. Trend:

Dillər, tənqidi qiraət, elmi biliklər və süni intellekti öyrənmə peşəkar inkişaf üçün vacib olan vərdişlərdir.

Trend-in məlumatına görə, bu fikirlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nəşr etdirdiyi peşəkar vərdişlər haqqında hesabatda yer alıb.

“Təxminən bütün iş yerləri beş ildən sonra süni intellekt sahəsində müəyyən biliklər tələb edəcək”, - deyə İƏİT xəbərdarlıq edərək vurğulayıb ki, böyüklərin 35 faizi süni intellektin zərərli olduğunu hesab edir.

Proqnozlar göstərir ki, 2019-2030-cu illərdə peşəkar tələbatlar arasında kompüterlərdən, yaradıcı təfəkkürdən, məlumatların və informasiyaların təhlilindən, təşkilatdankənar insanlarla ünsiyyətdən istifadə olunmaqla əldə edilən bacarıqlara daha çox ehtiyac duyulacaq.

Bu səbəbdən İƏİT məktəb proqramlarını riyazi məzmundan istifadə olunmaqla, mətnlərin anlayışı və dəyərləndirilməsi, tənqidi təfəkkür kimi məsələlərdə cəmləşdirməyə, bunların zəngin informasiya mühitində naviqasiya üçün həyati vacib bacarıqlar olduğunu nəzərə almağa çağırır. Hesabatda göstərilir ki, İƏİT-yə üzv ölkələrdə böyüklərin 18 faizi bütün bu vərdişlər üzrə komponentliyin baza səviyyəsinə çatmırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti