...

Türkiyə və Aİ-nin mövqeyi bir-birinə ziddir - Ərdoğan

Dünya xəbərləri Materials 13 Noyabr 2023 11:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Avropa İttifaqının mövqeyi bir-birinə ziddir.

Trend-in TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Təəssüf ki, Avropa İttifaqının (Aİ) Türkiyəyə baxışı hər mövzuda əksdir. Biz Türkiyə olaraq Aİ-nin tələsinə düşməyəcəyik. Aİ, İsrailin qətliamında insan ləyaqətini görə bildimi və ona hörmət etdimi? Təəssüf ki, bu günə qədər Aİ-yə üzv dövlətlərdən heç bir cavab görməmişəm. Təəssüf ki, Aİ-dəki yanaşma bizim yanaşmamıza uyğun gəlmir",- deyə Ərdoğan bildirib.

Xatırladaq ki, 9 noyabr tarixində Avropa İttifaqı yaydığı hesabatda rəsmi Ankaranın quruma üzvlüyə hələ tam hazır olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti