...

Rusiyanın Ermənistana göndərdiyi dərsliklərin paylanması dayandırılıb

Dünya xəbərləri Materials 16 Noyabr 2023 17:40 (UTC +04:00)
Rusiyanın Ermənistana göndərdiyi dərsliklərin paylanması dayandırılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Ermənistana hədiyyə etdiyi dərsliklərin paylanması dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini, Voloqda vilayətinin Qanunvericilik Məclisinin nümayəndəsi Yuri Vorobyov rəsmi "Telegram" kanalında yazıb.

"Ermənistan Respublikasının Milli Yığıncağının təşəbbüsü və erməni deputatların Rusiya-Ermənistan Parlamentlərarası Komissiyanın iclaslarında dəfələrlə müraciəti əsasında, Federasiya Şurası rəhbərliyinin birbaşa dəstəyi ilə 50 min kitab Ermənistan rusdilli məktəbləri üçün ödənişsiz olaraq göndərilib. Noyabrın 11-də dərsliklər Ermənistana çatdırılıb və lazımi məktəblərə paylanılmağa başlayıb. Böyük çaşqınlıqla öyrəndim ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizadan keçməli olduğunu bəhanə edərək dərsliklərin paylanmasını dayandırıb", - o yazıb.

Y.Vorobyovun sözlərinə görə, maraqlısı odur ki, erməni həmkarları lazımi dərsliklərin siyahısını özləri göndərib.

O təəssüf hissi ilə bildirib ki, bu cür uzaqgörənlikdən uzaq siyasi intriqalardan ilk növbədə sadə məktəblilər əziyyət çəkir.

Vorobyov Rusiya nümayəndə heyətinin Bişkək görüşündə bu məsələni Ermənistan parlamentinin vitse-spikerinin qarşısında qaldırdığını qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti