...

Qəzzadan girovların qaytarılmasının birinci mərhələsi başa çatıb - İsrail baş naziri

Dünya xəbərləri Materials 24 Noyabr 2023 22:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə İsrail baş naziri Benyamin Netanyahu deyib.

Baş nazir bildirib ki, ölkə hakimiyyəti bütün məhbusların azad edilməsinə nail olmaq və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir.

"Biz qaçırılan uşaqlarımızın, onların analarının və digər qadınların geri qaytarılmasının birinci mərhələsini başa vurmuşuq. Onların hər biri bütöv bir dünyadır. Ancaq sizə, ailələrə və İsrail vətəndaşlarına müraciət edərək vurğulayıram: bizim oğurlananların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq", - deyə B.Netanyahu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti