...

Əlavə vəsait olmadan ABŞ-ın Ukraynaya dəstək verməsi çətin olacaq - Ağ Ev

Dünya xəbərləri Materials 2 Dekabr 2023 02:46 (UTC +04:00)
Əlavə vəsait olmadan ABŞ-ın Ukraynaya dəstək verməsi çətin olacaq - Ağ Ev

Bakı. Trend:

ABŞ Konqresi Kiyevə yardım üçün əlavə vəsaiti təsdiqləmədən Birləşmiş Ştatlar administrasiyası üçün Ukraynaya ehtiyac duyduğu hərbi dəstəyi təmin etmək olduqca çətin olacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bu ayın sonu yaxınlaşdıqca, ukraynalılara lazım olduğunu bildiyimiz qədər təhlükəsizlik yardımı göstərmək bizim üçün çox çətin olacaq. Hazırda narahatlığımızın əsas səbəbi budur. Ona görə də biz Konqresi əlavə vəsaitin ayrılması ilə bağlı dərhal qərar verməyə çağırırıq", - deyə C.Kirbi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti