...

İsrail ordusu Qəzza zolağında Həmas liderinin evini mühasirəyə alıb

Dünya xəbərləri Materials 6 Dekabr 2023 22:58 (UTC +04:00)
İsrail ordusu Qəzza zolağında Həmas liderinin evini mühasirəyə alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın evini mühasirəyə alıb.

Trend-in məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. İndi onlar Sinvarın evini mühasirəyə alıblar. Deməli, onun evi onun qalası deyil. O, qaça bilər, amma biz onu yaxalayacağıq, bu, an məsələsidir", - deyə Netanyahu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti