...

Alimlər Atlantik okeanının rekord dərəcədə istiləşməsi və duzlaşması barədə xəbərdarlıq edirlər

Dünya xəbərləri Materials 9 Dekabr 2023 02:49 (UTC +04:00)
Alimlər Atlantik okeanının rekord dərəcədə istiləşməsi və duzlaşması barədə xəbərdarlıq edirlər

Bakı. Trend:

ABŞ-ın Sent-Corc şəhərindəki Bermud Okean Elmləri İnstitutundan olan alimlər Bermud adaları yaxınlığında Atlantik okeanının bütün müşahidə dövrü ərzində maksimal həddə istiləşmə qeydə alıblar.

Trend-in məlumatına görə, tədqiqat “Frontiers in Marine Science” elmi jurnalında dərc olunub.

“Biz Atlantik okeanının subtropik hissəsində okean səthinin son 40 il ərzində təqribən 1 dərəcə Selsi istiləşdiyini aşkarlamışıq. Bundan başqa, okeanın duzluluğu artıb, oksigenin miqdarı isə aşağı düşüb”, - deyə məruzənin müəllifi, professor Nikolas Beyts qeyd edib.

Monitorinq qrupunun məlumatına görə, regionda suyun temperaturu 1980-ci illərdən başlayaraq, hər onillikdə təxminən 0,24 dərəcə Selsi yüksəlib. Tədqiqatçılar müşahidə ediblər ki, son 4 ildə istiləşmə daha da sürətlənib. Bununla yanaşı, okeanda oksigenin qatılığı elə həmin dövrdə 6 faiz aşağı düşüb, turşuluq səviyyəsi 30 faiz artıb. Bu isə qınlı (zirehli) dəniz canlılarının sağlamlığına təsir edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti