Bakı. Trend:
Dekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin impiçmenti üçün əlavə araşdırmaya icazə verən qətnaməyə səs verəcək.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə ABŞ qanunverici orqanının aşağı palatasındakı Respublikaçılar Partiyasının nümayəndəsi bildirib.
Beləliklə, o, qanunverici Liza Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı bəyanatını təkzib edib. Səsvermə ərəfəsində qətnamə Nümayəndələr Palatasının Qaydalar Komitəsində nəzərdən keçiriləcək.