Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Ankaragücü" ilə "Rizespor" arasında oynanılan futbol matçı zamanı baş hakimin döyülməsini qınayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti "X" sosial şəbəkəsində yazıb.
"Bu axşam oynanılan "MKE Ankaragücü-Çaykur Rizespor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə şəfa diləyirəm. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik", - deyə R.T.Ərdoğan qeyd edib.