Bakı. Trend:
BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Qəzza zolağındakı vəziyyətlə əlaqədar Yaxın Şərqdə məcburi köçkünlərin sayının artacağını gözlədiyini bildirib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Faciəvi olsa da, biz regionu təhdid edən təhlükələr səbəbindən mülki əhali arasında ölüm hallarının, həmçinin məcburi köçkünlərin sayının artacağını gözləyirik”, - o deyib.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin son hesabatına əsasən, Qəzza zolağında təxminən 1,9 milyon insan (əhalinin təxminən 85 faizi) məcburi köçkünə çevrilib.