...

İran XİN rəhbəri Davosda Səudiyyə və Britaniya həmkarları ilə görüşüb

Dünya xəbərləri Materials 18 Yanvar 2024 02:51 (UTC +04:00)
İran XİN rəhbəri Davosda Səudiyyə və Britaniya həmkarları ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çərşənbə günü İsveçrənin Davos şəhərində İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian və səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl-Səud arasında görüş zamanı Qəzza müharibəsi müzakirə olunub.

Trend xəbər verir ki, iki ali diplomat Davos İqtisadi Forumunun 54-cü illik toplantısı çərçivəsində danışıqlar aparıb.

Onlar Qəzza müharibəsi də daxil olmaqla regional məsələləri, o cümlədən Tehran və Ər-Riyad arasında iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Həmçinin Davos İqtisadi Forumu çərçivəsində İranın xarici işlər naziri Britaniyalı həmkarı Devid Kemeron ilə danışıqlar aparıb, ikitərəfli və regional məsələləri müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti