...

Fransada məhkəmə Makronun yeni qanununu ləğv edib

Dünya xəbərləri Materials 26 Yanvar 2024 19:09 (UTC +04:00)
Fransada məhkəmə Makronun yeni qanununu ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hakimlər Makronun ifrat sağçı "Milli Mitinq" partiyasının nümayəndələri ilə razılaşdığı mətnin miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun ölkə konstitusiyasına zidd olduğunu vurğulayıblar.

Qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan "milli üstünlük" forması adlandırılıb.

Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti