...

Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqlədi

Dünya xəbərləri Materials 1 Fevral 2024 16:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan bu gün müstəqillik bəyannaməsi ilə öz münasibətlərini tənzimləməlidir.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasının efirində deyib.

"Dövlətsiz xalqdan dövləti olan xalqa çevrilməli olduğumuz məqam konstitusiya referendumudur. Yeganə vasitəmiz xalqla danışmaqdır", - o deyib.

Qeyd edək ki, Ermənistan konstitusiyasının preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad var və onun əsasını Ermənistan SSR və qondarma "Dağlıq Qarabağ"ın "birləşməsi" barədə 1 dekabr 1989-cu il tarixli "birgə qərarı" təşkil edir.

Bu isə o deməkdir ki, işğal siyasəti və Azərbaycana qarşı ərazi iddiaları bu gün Ermənistanda qanunvericilik səviyyəsində möhkəmlənib. Beləliklə, anlaşılır ki, sülh sazişinin imzalanması və mətninin ratifikasiya üçün təqdim olunması ölkənin əsas qanununa ziddir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti