...

Bu ölkə Ukraynaya növbəti hərbi yardım paketini elan edib

Dünya xəbərləri Materials 9 Fevral 2024 17:47 (UTC +04:00)
Bu ölkə Ukraynaya növbəti hərbi yardım paketini elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sayca 22-ci hərbi yardım təxminən 190 milyon avro dəyərindədir.

"Təhlükəsizlik tədbirlərinə görə, hərbi yardıma nələrin daxil olduğu və onun çatdırılmasının təfərrüatları açıqlanmır.

Bu yardım paketinə Finlandiya istehsalçılarından alınmış məhsullar da daxildir. Onun alınması üçün 30 milyon avro məbləğində ayrıca maliyyə ayrılıb", - məlumatda qeyd olunub.

Bundan başqa, Finlandiya hazırda Ukraynaya dəstək üçün uzunmüddətli plan hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti