Bakı. Trend:
ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna ilə bağlı keçiriləcək görüş üçün Brüsselə getməyəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bunu adı açıqlanmayan Pentaqon sözçüsü bildirib.
Qeyd edək ki, Ukraynaya hərbi yardım göstərən əlli ölkənin nümayəndələrinin iştirakı ilə fevralın 14-də Belçikanın paytaxtında görüş olacaq.
"Mən bunu indi təsdiqləyə bilərəm", - deyən Pentaqon rəsmisi ABŞ-ı görüşdə kimin təmsil edəcəyini açıqlamayıb.
Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin sidik kisəsində yaranan problemlərə görə ötən gün yenidən xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirildikdən sonra Pentaqon rəhbəri səlahiyyətlərini müavini Ketlin Hiksə verib.