...

Rusiyada qopan buz parçası üzərindəki balıqçılar xilas edilib

Dünya xəbərləri Materials 18 Fevral 2024 09:27 (UTC +04:00)
Rusiyada qopan buz parçası üzərindəki balıqçılar xilas edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Saxalin vilayətində qopmuş buz təbəqəsinin üzərində qalan balıqçıların təxliyyəsi başa çatıb, bütün insanlar sahilə çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

"82 nəfər təxliyə edilərək sahilə çıxarılıb. Xəsarət yoxdur", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Starodubskoye kəndi yaxınlığında Oxot dənizində 50 metr enində buz sahəsi qopub. İlkin məlumata görə, buzun üzərində 14 nəfər olub. Sonradan məlum olub ki, buz parçasının üzərində daha çox balıqçı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti