Bakı. Trend:
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olunub.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Ermənistan İstintaq Komitəsinin sədri Arqişit Kərəmyanın əmri ilə Rəfael Vardanyan bu vəzifəyə təyin edilib.
Qeyd edilib ki, Rəfael Vardanyan 1987-ci il oktyabrın 6-da İrəvandan anadan olub. 2008-ci ildə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2008-2011-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin İstintaq əməliyyat bölməsində müstəntiq işləyib. O, 2021-ci ildən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsinin rəisi olub.