Bakı. Trend:
NATO Ukraynaya hərbçi göndərməyi planlaşdırmır.
Trend xəbər verir ki, bu barədə İttifaqın baş katibi Yens Stoltenberq "Associated Press" agentliyinə müsahibəsində deyib.
"NATO üzrə müttəfiqlər Ukraynaya misilsiz dəstək göstərirlər. Biz bunu 2014-cü ildən edirik və irimiqyaslı əməliyyat başlayandan artırmışıq. Lakin NATO hərbi qüvvələrini Ukraynaya göndərmək planlarımız yoxdur", - deyə baş katib bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron və ölkənin baş naziri Qabriel Attal fransız hərbçilərin Ukraynaya döyüşə göndərilməsini istisna etməyiblər.