...

Rusiya XİN Paşinyanın Ermənistanda dövlət çevrilişinə çağırışla bağlı iddialarını cavablandırıb

Dünya xəbərləri Materials 28 Fevral 2024 17:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistanda dövlət çevrilişi etməyə çağırması ilə bağlı iddialarının heç bir əsası yoxdur.

Trend xəbər verir ki, bu barədə barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifiniqdə Paşinyanın Rusiyanın birbaşa olaraq Ermənistanda əhalini dövlət çevrilişi etməyə çağırması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

"Ermənistanın baş nazirininn iddialarının heç bir əsası yoxdur. Rusiya rəsmiləri heç vaxt qanuni yolla seçilmiş hakimiyyətin devrilməsinə hətta eyham belə etməyiblər. Üstəlik, biz həm hazırki, həm də əvvəlki İrəvan hakimiyyətinə bu cür yanaşırıq. Bizim rəsmi münasibətlərimiz mövcuddur", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti