...

Qərbin hegemonluq dövrü artıq bitib – Viktor Orban

Dünya xəbərləri Materials 5 Mart 2024 16:16 (UTC +04:00)
Qərbin hegemonluq dövrü artıq bitib – Viktor Orban
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin hegemonluğu bitib və yeni dünya nizamı formalaşır, heç kim bunu mübahisələndirmir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban ölkəsinin səfirləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Macarıstan digər ölkələrlə ittifaqı möhkəmləndirmək niyyətindədir, lakin dünyanın bloklara ayrılmasının tərəfdarı deyil.

Orban Macarıstanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlükdə maraqlı olduğunu vurğulayıb.

O bildirib ki, ölkənin xaricdəki səfirləri iqtisadiyyat yolu ilə Macarıstanın nə qədər uğurlu olduğunu bütün dünyaya nümayiş etdirməlidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti