...

Ermənipərəst ABŞ senatoruna qarşı yeni ittihamlar irəli sürülüb

Dünya xəbərləri Materials 6 Mart 2024 12:12 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənipərəst ABŞ senatoru Bob Menendesə qarşı bir sıra yeni ittihamlar irəli sürülüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Bob Menendes və həyat yoldaşı Nadin Arslanyana qarşı irəli sürülən yeni ittihamlar arasında ədalətə mane olmaq məqsədilə əlbirlik, dövlət rəsmisinin xarici agent qismində fəaliyyəti, rüşvətxorluq, zorakılıq yolu ilə pul əldə etmə və elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq yer alıb.

Xatırladaq ki, bir qədər əvvəl "Amerikanın səsi" radiosu amerikalı biznesmen Xose Uribenin ittiham tərəfi ilə razılaşmanın şərtlərinə əsasən, Bob Menendes və Nadin Arslanyanın korrupsiya əməli ilə bağlı cinayət işi üzrə ifadə verəcəyi barədə məlumat yayılıb.

Nyu-Cersi ştatının Klifton şəhərindən olan Xose Uribe Manhetten Federal Məhkəməsində çıxış edərək, ona qarşı irəli sürülən ittihamın yeddi bəndi, o cümlədən 2018-2023-cü illərdə rüşvət verilməsi, elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluq əməli törədilməsi, məhkəməyə əngəl yaradılması və vergidən yayınma maddələri üzrə öz təqsirini etiraf edib. İttiham tərəfi iddia edir ki, biznesmen senator Menendesin həyat yoldaşına “Mercedes-Benz” avtomobili bağışlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti