...

Polşa parlamenti AASQHM-dən çıxmaq haqqında qanun qəbul edib

Dünya xəbərləri Materials 10 Mart 2024 02:26 (UTC +04:00)
Polşa parlamenti AASQHM-dən çıxmaq haqqında qanun qəbul edib

Bakı. Trend:

Polşa parlamenti Avropada adi silahlı qüvvələr haqqında Müqavilədən (AASQHM) çıxmağa səs verib.

Trend-in məlumatına görə, bu barədə parlamentin mətbuat xidmtəi xəbər verib.

"Seym 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin tətbiq dairəsini dəyişdirən qanun qəbul edib. Polşa parlamenti səs çoxluğu ilə ölkənin beynəlxalq müqavilədə iştirakının dayandırılmasına səs verib", - deyə qeyd olunub.

AASQHM 1990-cı ildə SSRİ tərəfindən imzalanıb; 1992-ci ildə postsovet ölkələri öz ərazilərində ola biləcək hərbi texnikanın maksimum miqdarı haqqında razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti