...

Almaniyanın Haitidəki səfiri iğtişaşlar səbəbindən ölkəni tərk edib

Dünya xəbərləri Materials 11 Mart 2024 05:28 (UTC +04:00)
Almaniyanın Haitidəki səfiri iğtişaşlar səbəbindən ölkəni tərk edib

Bakı. Trend:

Almaniyanın Haitidəki səfiri Peter Sauer baş verən silahlı dəstə zorakılığı səbəbindən ölkəni tərk edərək müvəqqəti olaraq qonşu Dominikan Respublikasına köçüb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın "DPA" agentliyi xəbər verib.

Məlumata əsasən, Haitidə artan kütləvi zorakılıq səbəbindən Almaniya səfiri və daimi nümayəndəsi Karib hövzəsi ölkəsini tərk edib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü DPA-ya deyib ki, diplomatlar çox gərgin təhlükəsizlik vəziyyəti səbəbindən Haitini tərk etməyə məcbur qalıblar və onlar hələlik Dominikan Respublikasından fəaliyyətlərini davam etdirəcəklər. Bildirilir ki, səfirlə birlikdə daha 11 nəfər Dominikan Respublikasına təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti