...

Fransada əmək birjasına kiberhücumla bağlı 3 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 19 Mart 2024 22:18 (UTC +04:00)
Fransada əmək birjasına kiberhücumla bağlı 3 nəfər saxlanılıb

Bakı. Trend:

Fransada milyonlarla sakinin şəxsi məlumatlarının əmək birjası məlumat bazasından sındırılması və oğurlanması ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "France Info" radio stansiyası ölkə prokurorluğuna istinadən bildirib.

Məlumata əsasən, martın 17-də 21-23 yaşlarında olan üç şübhəli saxlanılıb, lakin prokurorluq bunu yalnız martın 19-u açıqlayıb.

Saxlanılanların günün sonuna qədər hakim qarşısına çıxacağı və onlara qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti