...

Bundan sonra Somalidə prezidenti xalq seçəcək

Dünya xəbərləri Materials 31 Mart 2024 02:03 (UTC +04:00)
Bundan sonra Somalidə prezidenti xalq seçəcək

Bakı. Trend:

Somalidə parlamentin konstitusiyaya etdiyi dəyişikliklə prezidentin və parlament üzvlərinin artıq xalq tərəfindən seçiləcəyi qərara alınıb.

Trend-in məlumatına görə, Somali Parlamentin sədri Şeyx Adan Madobe mətbuata açıqlamasında konstitusiyaya dəyişikliklərin edildiyi barədə məlumatı verib.

Madobe bildirib ki, dəyişikliyə əsasən, bundan sonra prezidenti və parlament üzvlərini xalq seçəcək. O, həmçinin qərarla prezidentin səlahiyyət müddətinin 4 ildən 5 ilə yüksəldildiyini açıqlayıb və prezidentə həm də baş naziri təyin etmək və istədiyi vaxt vəzifədən azad etmək səlahiyyətinin verildiyini qeyd edib.

Somali parlamentinin qəbul etdiyi qərar bəzi siyasətçilər və Putland kimi bəzi ştatlar tərəfindən tənqid edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti