...

Vuçiç baş nazir postuna Serbiya müdafiə nazirinin namizədliyini irəli sürüb

Dünya xəbərləri Materials 31 Mart 2024 02:40 (UTC +04:00)
Vuçiç baş nazir postuna Serbiya müdafiə nazirinin namizədliyini irəli sürüb

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç baş nazir postuna ölkənin müdafiə naziri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.

"Baş nazirin müavini və müdafiə naziri kimi məsuliyyətli və mühüm funksiyaları yerinə yetirdiyini nəzərə alaraq, Miloş Vuçeviçə etimad edirəm", - deyə A.Vuçiç bildirib.

Bir vaxtlar baş nazir olan Vuçeviçin hakim Serb Tərəqqi Partiyasının üzvləri və onun bəzi müttəfiqlərinin daxil olacağı kabinet formalaşdıracağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti