...

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Mehmet Uçum

Dünya xəbərləri Materials 1 Aprel 2024 12:12 (UTC +04:00)
Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Mehmet Uçum
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidentinin baş müşaviri Mehmet Uçum ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini bildirib.

Trend xəbər verir ki, Uçum bu barədə "X" platformasında məlumat paylaşıb.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddətinin 2028-ci ilə qədər davam edəcəyini və bu müddət ərzində ölkədə hər sahədə islahatlar həyata keçirəcəyini bildirib.

"Prezident Ərdoğan Türkiyənin yeni mərhələlərə keçməsinə liderlik edəcək. Heç kim şübhə etməsin", - deyə prezidentin müşaviri yazıb.

Qeyd edək ki, 2023-cü il mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan tam üstünlüklə qalib gələrək ölkənin 13-cü Prezidenti seçilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti