...

2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim partiyası nüfuzunu itirib - Erməni deputat

Dünya xəbərləri Materials 3 Aprel 2024 11:28 (UTC +04:00)
2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim partiyası nüfuzunu itirib - Erməni deputat
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 44 günlük müharibədən sonra demək olar ki, öldü.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Ovik Ağazaryan deyib.

"Biz diz çökmüşdük, lakin insanlar arxadan bizə yaxınlaşaraq dedilər: qalxın, siz düz yolda gedirsiniz. Hesab etmək olar ki, biz öldük və dirildik", - "Hraparak" qəzeti erməni deputatdan sitat gətirib.

Erməni deputat müharibənin düzgün yol olmadığını əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş sakinləri ilə görüşdə bildirib ki, İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edərsə, tezliklə müharibə başlaya bilər.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.

Bundan başqa, Paşinyan Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin praktik mərhələyə daxil olduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti