Bakı. Trend:
Ukrayna bu il 2 milyondan çox pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalında müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət müxtəlif növ PUA-lardan gedir.
Nazir müavini Ukraynada, həmçinin, süni intellektdən istifadə etməklə yeni növ PUA-ların hazırlanacağını bildirib. Süni intellekt bu dronların öz marşrutlarını sərbəst şəkildə təyin etməsinə imkan verəcək.