...

İranda terror aktı: 6 polis öldürülüb

Dünya xəbərləri Materials 9 Aprel 2024 18:08 (UTC +04:00)
İranda terror aktı: 6 polis öldürülüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində magistral yolda terror aktı törədilib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata əsasən, terrorçular iki polis avtomobilinə hücum ediblər. Nəticədə 6 polis məmuru öldürülüb və bir neçə nəfər də yaralanıb.

Qeyd edilir ki, “Ceyş əl-Ədl” terror qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.

Xatırladaq ki, son günlər İranın Sistan və Bəluçestan vilayətində polis məmurları və hərbçilərin ölümü ilə nəticələnən ardıcıl bir neçə terror aktları baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti