Bakı. Trend:
Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunda 5,7 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.