...

Aİ Ukraynadan gələn yük maşınlarına nəzarəti gücləndirə bilər

Dünya xəbərləri Materials 12 Aprel 2024 15:51 (UTC +04:00)
Aİ Ukraynadan gələn yük maşınlarına nəzarəti gücləndirə bilər
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Ukraynadan gələn yük maşınlarına nəzarəti gücləndirməyi nəzərdən keçirir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, nəzarətin gücləndirilməsi Varşavanın Ukraynanın nəqliyyat şirkətlərinin Polşadan olan yükdaşıyanlarla qeyri-dürüst rəqabət apardığını müşahidə etməsi ilə əlaqədardır.

Qeyd olunub ki, Ukraynadan Aİ ölkələrinə, misal üçün Polşaya yola düşən yük maşınlarına GPS trekerlərin quraşdırılması nəzərdə tutula bilər. Beləliklə Aİ ölkələrinin nəqliyyat nəzarət orqanları ukraynalı yük daşıyanların marşrutlarını izləyə bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti