...

ABŞ-da atışma baş verib, ölən var

Dünya xəbərləri Materials 13 Aprel 2024 08:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində atışma baş verib.

Trend xəbər verir ki, şəhər yaxınlığında şübhəli avtomobilin olması ilə bağlı zəngdən sonra hadisə yerinə gedən polis əməkdaşları və avtomobilin içərisində olan iki nəfər arasında atışma başlayıb.

Hadisə nəticəsində 18 yaşlı şübhəli şəxs ölüb, 17 yaşlı digər gənc yaralanıb. Həmçinin atışmada polis zabiti Cozef Makkinni həyatını itirib.

Xəbər lenti

Xəbər lenti