...

ABŞ İsraili hədəfləyən 80-dən çox dronu məhv edib

Dünya xəbərləri Materials 15 Aprel 2024 11:50 (UTC +04:00)
ABŞ İsraili hədəfləyən 80-dən çox dronu məhv edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbçiləri İranın İsrailə hücumu zamanı 80-dən çox pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, ABŞ qoşunları İsraili hədəfləyən 80-dən çox dron və ən azı 6 ballistik tip raketi məhv edib.

Xatırladaq ki, aprelin 1-də İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti