Bakı. Trend:
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək.
Trend xəbər verir ki, bu barədə məlumatı baş nazir müavinin aparatının nümayəndəsi Ani Babayan yerli KİV-ə təsdiqləyib.
Onun sözlərinə görə, görüş İrəvanda hökumət binasında keçiriləcək.
Tavuş sakinlərinin nümayəndələri özləri İrəvana gələcək.
Görüşün dəqiq vaxtı və görüşdə kimlərin iştirak edəcəyi açıqlanmayıb.