...

Rusiyanın yeni müdafiə naziri Belarusda işgüzar səfərdədir

Dünya xəbərləri Materials 24 May 2024 15:24 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın yeni müdafiə naziri Andrey Belousov Belarusda işgüzar səfərdədir.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava limanında Belousovu belaruslu həmkarı Viktor Xrenin qarşılayıb.

Qeyd olunub ki, səfər çərçivəsində Andrey Belousovun Viktor Xreninlə işgüzar görüşü keçiriləcək. Görüşdə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, mayın 13-də Andrey Belousov Rusiyanın müdafiə naziri təyin edilib. Bildirilib ki, əvvəlki hökumətdə A.Belousov Baş nazirin birinci müavini vəzifəsində işləyirdi.

Rusiya Prezidenti Vladimir Putin həmçinin Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti