Bakı. Trend:
Bolqarıstan öz ərazisində “Vostok” çoxmillətli diviziyasının qərargahının və Qara dənizdəki vəziyyətə nəzarət edəcək çoxmillətli qərargah elementinin yaradılması təşəbbüsü ilə çıxış edib.
Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Ordusunun Müdafiə Qərargahının rəisi, admiral Emil Eftimov NATO Parlament Assambleyasının Sofiyada keçirilən yaz sessiyasında çıxışı zamanı deyib.
"Bolqarıstan Qara dəniz regionunun təhlükəsizliyində həlledici rol oynayan NATO-nun şərq cinahının etibarlı müttəfiqidir. Biz Avropa və qlobal təhlükəsizliyin təmin edilməsi üçün müttəfiqlərin ümumi səylərinin həyata keçirilməsi üçün zəruri olan müdafiə potensialımızın inkişafı üzərində işi davam etdirməyə hazırıq", - deyə E.Eftimov.
O qeyd edib ki, Bolqarıstan ölkə ərazisində çoxmillətli “Vostok” bölməsi üçün qərargah və Qara dəniz üçün çoxmillətli qərargah elementinin yaradılmasını təklif edib.