Bakı. Trend:
Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı 121 km dərinlikdə olub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 112 km cənub-qərbdə, Yelizovski bələdiyyə rayonu ərazisində yerləşib.