...

Robert Fitsonun son vəziyyəti açıqlanıb

Dünya xəbərləri Materials 30 May 2024 19:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sui-qəsd cəhdi nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Robert Fitso müalicə aldığı Banska Bıstritsa şəhərindəki Ruzvelt xəstəxanasının baş həkimi Miriam Lapunikovaya deyib.

"İnanırıq ki, onun səhhəti yaxşılaşmağa doğrudur və sağalma prosesi çox müsbət gedəcək", - xəstəxana rəhbəri bildirib.

Xatırladaq ki, mayın 15-də Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Robert Fitsoya sui-qəsd etməkdə şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Çintula saxlanılıb. Çintulanın radikal qruplaşmanın üzvü olmadığı və təkbaşına hərəkət etdiyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti