...

Stokholm marafonu zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 3 İyun 2024 05:44 (UTC +04:00)

Bakı. Trend:

Stokholmda 42 kilometrlik məsafəyə qaçış marafonu keçirilib və yarışda 18 396 qaçışçı iştirak edib.

Trend-in məlumatına görə, marafon zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib.

“On beş nəfər böyük rəqəmdir, lakin isti havanı nəzərə alsaq, bu elə də təəccüblü deyil”, - Stokholm marafonunun mətbuat üzrə meneceri Lorenzo Nezi deyib.

İştirakçıların bəzilərinin halı ciddi şəkildə dəyişsə də, tibbi yardım göstərildiyi zaman hamısının vəziyyətinin sabit olduğu qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti