...

Ukraynada hərbi çağırışdan yayınanlara məhdudiyyətlər tətbiq olunur

Dünya xəbərləri Materials 8 İyun 2024 16:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada çağırış vərəqəsi əsasında 10 gün ərzində hərbi kommisarlıqlara gəlməyən şəxslərə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu qəbildən olanların ölkədən çıxışına qadağa qoyulmaqla yanaşı, bank hesabları dondurulacaq.

Bundan başqa, hərbi çağırışdan yayınanlar nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti